Yük qatarı minik avtomobilini vurdu, 4 nəfər xəsarət alıb-FOTO

Müəllif: Redaktor

Editor
9e44b6d033f45e7cb775e98968cdca64Bakının Lökbatan qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin KİA markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən yük qatarı sürətlə keçidə yaxınlaşıb. KİA-nın sürücüsü qorxudan özünü itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub.

Hadisə nəticəsində üç bacı – 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alıblar. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, minik avtomobilini bacılardan biri idarə edirmiş.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Artıq keçid növbətçisi dindirilib.

Qeyd edək ki, bu, eyni keçiddə baş verən ilk qəza deyil. 2012-ci il avqustun 31-də eyni yerdə 124 saylı sərnişin avtobusu ilə qatar toqquşmuşdu. Həmin qəza nəticəsində 6 nəfər ölmüş, 44 nəfər yaralanmışdı. Hadisədən sonra Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi və avtobusun sürücüsü həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisi 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

eaf63d3968266f6254b7add7044053f8 3d58fef5fc545143e4e2ebd8d001f601 9e44b6d033f45e7cb775e98968cdca64 89f596c34a226855e54d460d7140f4e2 ca819efe4e523cc677d5acff42705dd5


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir