Yüzlərlə ailəni və türk iş adamını aldadan tikinti dələduzunun milyonluq fırıldaqları – Gülağa Tənha necə “susduruldu”?

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

gulagatenhaeldarmahmudov9Özünü yalandan mediada vəkilləri vasitəsi ilə saxta şəkildə olaraq keçmiş MTN generallarının cinayət işində zərərçəkmiş kimi keçirtdirir, amma özünün o generalların başı olan Eldar Mahmudovla əlaqələrini gizlədir. Hər həftə sonunda Akula Akiflə Bakıda, Minskdə, İstanbulda, Dubayda kef məclisləri keçirmiş olan İlham Qasımov indi keçmiş MTN-in çirkaba bulaşmış məsələlərini özünün xeyrinə çox gözəl istifadə edir. Amma Akula Akifin bugünlərdə İspaniyada həbs edilməsi İlham Qasımova heç xeyir xəbər olmamışdır və Bakıya ekstradisiyadan sonra Akula Akifin verəcəyi açıqlamalar İlham Qasımovun sonu olacaqdır.

Real MTK və ya Sahil-D qanuni və qeyri-qanuni işçiləri, bir sözlə Qasımov mafiyası o qədər özlərindən razıdırlar ki və hakimiyyətdən qorxmurlar ki, onlar Baş prokurorluq kimdir, Korrupsiya idarəsi çox şey deyə bilər, onlar özləri üçün danışırlar ifadələrini belə hər yerdə deməkdən çəkinmirlər. Amma bunu daha əvvəllər də qeyd etmişdilər İlham Qasımovun ailə üzvləri belə açıqcasına Qasımovun bacısı Təranə Aslanova və həyat yoldaşı Kəmalə Qasımova adından ölkə başçısına ünvanlandırılan məktubda belə, hansı ki İlham Qasımovun vəkilləri vasitəsi ilə mətbuata sızdırılmışdı. Orada deyilirdi ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən işə obyektiv yanaşmayacaqlar. Müstəntiq və İstintaq idarəsi əməkdaşları tutduqları mövqedən sui istifadə edir. Müqəddəs Sultanovun Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşı olduğunu xatırladan şikayətçilər həmçinin yazmışdılar ki, cinayət işi məhz M.Sultanovun birbaşa müdaxiləsi və təhriki ilə başlanıb, hazırda onun nəzarəti və təsiri altındadır.

Bundan sonra öz vəkilləri vasitəsi ilə İlham Qasımov Baş prokurorluq əməkdaşının adını və onun ailəsinin adını mətbuata çıxartdırır, prokurorluq əməkdaşlarını rüşvətxorluqda ittiham etdirir, amma daha sonra ad çəkməkdən çəkinsə də eləcə general-general deyərək qalır. Bu yaxınlardakı məhkəməsində İlham Qasımov dayanmadan general-general qeyd edir və məhkəmədə bir iddiaçıya deyir ki, “Bütün bunlara görə o general günahkardır. Tutaq ki, pulu lap mən almışam. Nə olsun?! Evində yaşayırsan da. Bunların hamısını edən o generaldır….”. Məlumdur ki, İlham Qasımov onun həbs edilməsində böyük rolu olan Müqəddəs Sultanovu nəzərdə tutur. Görünür İlham Qasımov artıq dələduzluğa o qədər öyrəşibmiş ki, o kimə qarşı və necə gəldi maxinasiyalar edib onun arxasında dayana biləcəyini düşünürmüş.

28 oktyabr 2016-cı il tarixində olan məhkəmədə Real MTK-da mühasib vəzifəsini və Sahil-D Kompani MMC-də isə direktor vəzifəsini daşıdığı qeyd edilən Ədilağa Hüseynov da şahid qismində dindirilmişdir. Amma o da öz ifadəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin işi aparan müstəntiqi Rəşad Mənsurova qarşı ittihamlar irəli sürmüşdür və onun öz işini qanundan kənar şəkildə apardığını bildirmişdir. Ədilağa Hüseynovun dediyinə görə istintaq zamanı o dindirilərkən dedikləri müstəntiq tərəfindən təhrif olunmuşdur. O qeyd edib ki, “Mən müstəntiqin səmimiyyətinə inandım. Nə dedimsə, yazdığını düşündüm və imzaladım. Eynəyim maşında qaldığı üçün oxumadan imzaladım”. Öz işini çox yaxşı bilən, işinə həmişə diqqətlə yanaşan, İlham Qasımovun sözündən heç bir zaman çıxmayan, İlham olmayanda onun şirkətdə qeyri-rəsmi əvəzləyicisi Ülviyyə Əliyeva olmadan nəyəsə qərar verməyən Ədilağa Hüseynov da bu maxinasiyanın böyük bir parçasıdır. Çünki onun da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə qarşı belə ifadələr işlətməsi və onları öz işlərində saxtakarlıqda ittiham etməsi Ədilağa Hüseynovun da İlham Qasımovun yanında barmaqlırlar arasında olmasının gərəkdiyini kəsb etməkdədir. Ədilağa Hüseynovu tanıyan bütün iş adamları təsdiqləyirlər ki, o, işin altından çox ustalıqla boyun qaçırmağı, lazımi vaxtda gizlənməyi, mübahisəli vəziyyət yarananda papağını işin altından çəkməyi yaxşı bacaran birisidir. İndiki vəziyyətdə də Ədilağa Hüseynov ilkin vermiş olduğu ifadəsini İlham Qasımovun qorxusundan məhkəmədə təkzib etməkdə və sonra da Baş prokurorluq əməkdaşlarını günahlandırmaqdadır. Görünür İlham Qasımov və onun mafiyası dələduzluq təlimlərində o qədər püxtələşmişlər ki, onlar artıq namuslu dövlət məmurlarına qarşı da ittiham atmaqdan çəkinmirlər.

İlham Qasımovun mətbuat nümayəndələrindən qorxması çox bəllidir, çünki məhz doğru və qərəzsiz mətbuatımız sayəsində onun kimi dələduzların əməlləri ictimaiyyətə açıqlanmışdır. Nəticə də burasındadır ki, məhkəmədə onun vəkili hakimdən tələb edir ki, media zala buraxılmasın. Hakim isə öz növbəsində onun dərsini verir və məhkəmənin şəffaf keçiriləcəyini deyir. Amma nədənsə növbəti məhkəmədə media nümayəndələri içəri buraxılmır. Mətbuatdan nəyisə gizlətmək mümkün deyildir və bizim milli mətbuatımız bütün qaranlıq məqamların üstünü açacaqdır.

Qasımovun mafiyası çox açıq şəkildə və hər ağsaçlı generalın adından sui-istifadə edir və bununla da insanlara hədə-qorxu gəlirlər. Sadə vətəndaşlar bununla da İlham Qasımovdan və onun adamlarından qorxmağa başlayır və ondan şikayət etməyə çəkinirlər.

Təəssüf ki, İlham Qasımovun yaxın çevrəsində bir xeyli sayda daxili işlər orqanlarının əməkdaşlarını görmək mümkündür. Təbii ki bu bir sual doğurur ki, belə bir dələduzun ətrafında sizlərin nə işi var. Bəlkə də elə buna görədir ki, vətəndaşlar ondan və onun quldur dəstəsindən polisə şikayət edəndə heç bir tədbir görülmür və onun tanışları müdaxilə edərək məsələni Qasımovun xeyrinə həll edirlər. Əvəzində isə Qasımovun əlaltıları nüfuzlu bir nazirin adını özlərinin arxası kimi hallandırır və növbəti dövlət məmurunun adından sui-istifadə edirlər.

Bu saxta əlaqələrini İlham Qasımov Türkiyədən olan ortaqları Mərcan ailəsinə də dəfələrlə demişdir. Bəllidir ki, Mərcanların da etimadını yuxarıda adı çəkilən hörmətli insanların adlarını onların yanında çəkməklə qazanmışdır. Amma sonda onları da aldatmış və nəticədə artıq onlar da bunun saxtakarlıqdan başqa bir şey olmadığını anlamışlar.

Təbii ki, bütün bunlar hamısı sadədə adı çəkilən hörmətli insanların adlarından sui istifadə etməkdən başqa bir şey deyildir. Amma mühüm olan odur ki, bu adı çəkilmiş insanlar Qasımovla bağlı öz tədbirlərini görəcəklər. Çünki onların adlarının belə dələduzluq işlərində hallanması heç məntiqə uyğun deyildir. İlham Qasımov və onun adamları sadəcə bu vəzifəli adamların adlarını ləkələyirlər.

Hətta İlham Qasımovun Real MTK-dakı adamları çəkinmədən hakim Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevə artıq 350.000 dollar pul verdiklərini və şeflərinin bu günlərdə azadlığa çıxacağını da deməkdən çəkinmirlər. Görəsən bunlar ölkəmizin ədliyyə sisteminin belə korrrupsioner olduğunumu düşünürlər?!

İlham Qasımovun qohumları və eyni zamanda da özü açıq şəkildə Bakı Şəhər İcra Hakimi Hacıbala Abutalıbov və onun müavinlərinə qarşı 3.7 milyon rüşvət ittihamı irəli sürür məhkəmədə. Bu Qasımovlar mafiyası görəsən bu qədərmi qudurmuşdur… Ölkə başçısının etimad göstərdiyi insanlara qarşı belə bir ittihamı irəli sürmək görəsən haradan yaranır.

Amma Qasımovdan və onun əlaltılarından hər şey gözləmək olar. Çünki əgər bir insan öz dostlarının yanında Gülağa Tənhanın arxasınca onun anası və arvadına söyüş söyürsə, amma ondan qorxduğundan dolayı məhkəmədə “mən Gülağa müəllimə söyüş söyməmişəm” deyirsə, bu insanların iç üzünün nələrdən ibarət olduğunu göstərir. Amma ağzı söyüşlə dolu olan İlham Qasımovdan ədəb-ərkanlı bir sözlər də gözləmək doğru olmazdı. Çünki həyatı boyu əldə etdiyi var-dövləti saxta, yalan, dələduzluq, quldurluq yollarıyla əldə etmiş bir insandan ancaq iyrənc ifadələr eşitmək olar.

Və yaxud mətbuatdan istifadə edərək Gülağa Tənhanı Eldar Mahmudovla və Akif Çovdarovla yaxın göstərmək istəyən İlham Qasımov məhkəmədə onunla üzbəüz gələndə nədənsə ondan çəkinir və müəllim-müəllim deyərək ona xitab edir.

Amma indi isə Qasımov Gülağa Tənhanı Azərbaycan məmurlarına və hakimiyyətinı qarşı qaldırır ki, onun puluyla azadlığa çıxmağa nail olsun. Hətta Qasımovun əlaltıları kənarda açıqcasına deyirlər ki, Gülağa buğünlərdə gəlib İlham müəllimi özü azadlığa buraxdıracaqdır. Sanki bu insanlar Gülağa Tənhanın Azərbaycanı idarə edən bir şəxs kimi düşünürlər.

Baş prokurorluq yanında Korrupsiya idarəsi zərərçəkmiş və ya İlham Qasımovun şirkətlərindən şikayət etmiş olanları idarəyə dəvət etdikdə Qasımovun adamları insanlara nüfuzlu generalların adıyla hədə-qorxu gəlir və nəticədə idarəyə gedərkən insanların heç bir problemimiz yoxdur deməsinə nail olurlar. Başqa halda da bu quldurlar hər yerdə öz əlaltıları olan sakinləri irəli verir və hər şey əladır və İlham Qasımovdan heç bir şikayətimiz yoxdur dedirtdirirlər. Təbii ki bunda digər haqqı tapdalanmış mənzil sahiblərinin də günahi vardır, çünki onlar öz səslərini doğru və düzgün şəkildə ölkə rəhbərliyinə çatdırmırlar. Bəziləri İlham Qasımovun quldurlarından qorxur, digəriləri hökumətə inanmır, bəziləri isə işin zamanla başqaları tərəfindən həll olunacağını düşünür və nəticədə də bir ayrıseçkilik yaranır. Ən azından vətəndaşlar ölkə başçısı cənab İlham Əliyev məsələn bu yaxınlarda Sahil-D Kompani MMC-yə məxsus binaların qarşısındakı yeni tikilən parkın açılışına getdikdə ona orada öz fikirlərini bildirə bilərdilər. Bir sözlə bizim millətin başına hansı oyunlar gəlirsə çox vaxtı öz nadanlığından, savadsızlığından, qorxaqlığından dolayı olur. İnsanlar unutmamalıdırlar ki, ölkə başçısı onlarladır və öz şikayətlərini ona çatdırmalıdırlar, izin verməməlidir ki, şikayətlər ölkə başçısına gedən yolda itib batsın.

Kim harada İlham Qasımovun quyruğuna basırsa o, həmin insana nə dələduzluq edibsə hamısını geri verir. İllərlə aldadıb pulunu vermədiyi halda həbs olunub Kürdəxanı həbsxanasına düşdükdən sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənovun pulunu qaytarmışdır. Yəni kimin vəzifəsi varsa və əli yüksəklərə çatırsa bu Qasımov ona qarşı etdiyi dələduzluğu dayandırır və məsələni həll edir. Sadə və sıradan vətəndaşlar isə onun vecinə deyil. İndi belə çıxır ki, kimlər İlham Qasımovu həbsə atdırıbsa onların da “borcundan” çıxarsa o zaman Qasımov azadlıqda olacaqdır. Bəs sadə vətəndaşların və ölkəmizə milyonlarla vəsait qoymuş qardaş ölkədən olan Mərcanların haqları?!!!

İlkin Soy

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır