!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yüzlərlə hərbçi və 50 min qaçqın ailəsi mənzillə təmin olunub

!Reklam – Yazi

Dövlətin qarşısında duran prioritet məsələlərdən biri də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ötən dövr ərzində 50 min ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil problemi öz həllini tapıb.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AzərTAc-ın yaydığı geniş təhlili yazısında bildirib.

O, qeyd edib ki, respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər – Ağdamın Göytəpə kəndindən Həcər və Tamara Əhmədovalar, Lətif və Rahilə Quliyevlər, Füzulidən Q.Xəlilova, Kəlbəcərin Zar kəndindən T.Dadaşov, Ə.Əliyev, Qazaxın Aşağı Əskipara kəndindən F.Cəfərov və başqaları mənzillə təmin olunmalarına, Xocavəndin Əmirallar kəndindən A.Bayramov isə onlara göstərilən ümumi qayğıya və problemlərinin həllinə görə təşəkkür ediblər.

Şöbə müdiri həmçinin qeyd edib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də aktual məsələlərdəndir. Ötən il iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yeni yaşayış binasının açılışında Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, 2011-ci ilin sonunda imzaladığım müvafiq Sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq”.

Bu mövzuda daxil olan məktublarda mənzillə təmin olunan hərbçilər bunun ailələrində hədsiz sevinc doğurduğunu diqqətə çatdırıblar.

Yeniçağ.az

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv