Yazı İçi 468×60

47580Türkiyənin “Kabadokya TV” kanalı Suriya türkmanlarına qarşı Əsəd rejiminin zülmlərindən bəhs edən sənədli film hazırlayıb.

Filmdə rejim güclərinin türkman kəndlərini bombalaması üçün istifadə etdikləri bəhanədən tutmuş, qızların zorlanmasına qədər bütün zülmlər yer alır.

Türkman döyüşçü Əli Molla Musa deyir ki, ibtidai sinif şagirdləri divarlara “biz azadlıq istəyirik, bu rejimi istəmirik” deyə yazı yazıblar: “Rejim əsgərləri həmin uşaqların dırnaqlarını maqqaşla çıxartdı. Yaşlı insanlar toplaşıb getdik və soruşduq ki, niyə belə etmisiniz? Axı onlar uşaqdırlar. Valideynlərini çağırın, cəzalandırın. Müharibə oradan başladı”.

Türkman döyüşçü qeyd edib ki, Əsəd rejiminə qarşı çıxmalarına səbəb namuslarına, şərəf və ləyaqətlərinə toxunmaları olub.

Türkman Şəhidləri tağımının komandiri Adil Orli isə bildirir ki, Əsəd rejimi döyüşçülərdən daha çox, sivil insanları hədəf seçir: “Əsəd rejiminin əsgərləri müsəlman olan 400 türkman qızını şəkər fabrikinə yığıb təcavüz etdilər. Daha sonra onları çılpaq halda küçələrdə gəzdirdilər”.

Bayırbucaq bölgəsində hər gün bomba səsləri eşidilir, hər gün bir ev partladılır. İnsanlar canlarını qurtarmaq üçün evlərini tərk edirlər və insanlar hər gün ölümü gözləyir.

Türkman Dağını qoruyan bölüyün komandiri Ahmet Arnavut rejim güclərinin havadan, sudan və qurudan hücum etdiyini bildirir. Lakin türkman döyüşçülər sonuna qədər döyüşmək, vətənlərini qorumaq niyyətindədirlər.

 

Publika.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 100
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."