!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zahid Oruc: “Energetika Nazirliyi nəyə lazımdır?”

!Reklam – Yazi

07f8587585b8eddc3d96560b2e2fa8ed“Ölkədə unun qiymətinin stabilləşdirilməsi çox vacib qərardır. Ümumiyyətlə, son günlər qəbul edilən qərarlar çox ciddi addımlardır. Hər qərarın, qanunun arxasında müəyyən məbləğdə maliyyə vəsaiti dayanır və Azərbaycanın kifayət qədər maliyyət ehtiyatları var”.

Bu sözləri Milli Məclisdəki müzakirələrdə çıxışı zamanı millət vəkili Vahid Əhmədov deyib.

Çıxış edən Zahid Oruc isə ixtisarlardan danışıb: “Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var. Bu siyahını uzada da bilərik”.

Spiker Oqtay Əsədov isə Zahid Orucun çıxışına “Sənin yerin görünür” replikası ilə cavab verib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv