!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı

!Reklam – Yazi

610x380xqaynarinfo.jpg.pagespeed.ic.I1C5sLHFvpQaynar.info-nun baş redaktoru Zahir Əzəmət Baş Prokurorluğa çağırılıb. Bu barədə baş redaktorumuza prokurorluqdan rəsmi məktub gəlib.

Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə redaksiyamıza daxil olmuş məktubu təqdim edirik:

“Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında, o cümlədən rəhbəri olduğunuz “Qaynar.info” internet saytında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Tərəfimizdən aparılan araşdırmalar zamanı yaranmış zərurətlə əlaqədar 28 yanvar 2016-cı il tarixdə saat 11:00-da Baş Prokurorluğa (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) gəlməyiniz xahiş olunur”.

Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilsə də, bu monitorinqlə bağlı nə redaksiyamızda, nə də ki, qurumun rəsmi saytında hər hansı bir məlumat yoxdur. Prokurorluq əməkdaşı ilə şifahi söhbətdən də belə başa düşülür ki, bu çağırış ölkənin bölgələrində baş tutan etiraz aksiyalarının Qaynar.info saytında dərc olunması ilə bağlıdır.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv