Zahir Vəliyev “Aztelekom”a qalib gəldi (?)

Müəllif: Baş Redaktor

Baş Redaktor

1460623488_zzz525“Aztelekom” MMC-nin  rəhbərliyində kadr dəyişikliyi baş verib. “APA-Economics”in əldə etdiyi məlumata görə, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və “Aztelekom” MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.

Maraqlıdır ki, işdən azad olunacağı gözlənilən baş direktorun müavini, texniki direktor vəzifəsini tutan Zahir Vəliyev bu dəfə də mövqeyini qoruyub saxlaya bilib. Görünən odur ki, Z.Vəliyevin arxasındakı güclər onu növbəti dəfə də qoruya biliblər.

Z.Vəliyevlə bağlı iddialarda deyilir ki, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınır. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur: ««DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahir Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar. Quba zonasında «Aztelekom»un başında duran sözügedən şəxsi hamı «Qubalı Dollar Zahir» kimi tanıyır. Bu adam Quba zonasında nə qədər savadlı, savadsız qohumları varsa, hamısına rabitə sistemində iş verdirib. Bu azmış kimi, bölgə üzrə yerli şöbələrin rəhbərlərindən də evinin bazarlığını etməsini tələb edir. Qubada 4 mərtəbəli villası var».

Qeyd edək ki, bu kimi məlumatlar mətbuata sızsa da, Zavir Vəliyevin fəaliyyətini yoxlayan olmayıb. Hər halda, Məhəmməd Məmmədov ittiham olunduğu qanunsuz işləri tək həyata keçirməyib. Texniki direktor, baş direktorun müavini olaraq Zahir Vəliyevin də həmin əməllərdə əlinin olduğu iddia edilir. Bundan başqa, onu da nəzhərinizə çatdırmaq istəyirik ki, bir neçə il əvvəl «AzEuorotel» BM-lə «Aztelekom»un rəhbər şəxsləri arasında böyük problem yaranıb və Zahir Vəliyev tənqid atəşinə tutulub. Belə ki, “AzEurotel” Birgə Müəssisəsinin rəhbərliyi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyini ittiham edən açıqlama ilə çıxış edib. “Azeurotel”dən Nazirliyin nümayəndələri “AzEuroTel” BM-nə məxsus Yerüstü peyk stansiyasının ərazisinə daxil olaraq, 30-dan çox banka və digər korporativ müştərilərə xidmət göstərən (SWIFT-ə qoşulma və məlumatların ötürülməsi xidmətləri) mövcud peyk kanallarını kəsiblər. Nəticədə peyk stansiyasının fəaliyyəti dayandırılıb və “AzEuroTel” BM tərəfindən müştərilərə telekommunikasiya xidmətlərinin göstərilməsi mümkünsüz olub. Bu da Azərbaycan bankları tərəfindən göstərilən beynəlxalq xidmətlərin kəsilməsinə səbəb olub. Nazirliyin qeyri-qanuni hərəkətləri nəinki banklara ciddi ziyan vurub, hətta onların beynəlxalq nüfuzuna xələl gətirib. “AzEuroTel” bu problemlərə görə öz müştərilərindən üzr istəyib və xidmətlərin göstərilməsinin ən qısa zamanda bərpa edilməsi üçün bütün mümkün işləri görəcəyini vəd edib. “Aztelekom”un texniki direktoru Zahir Vəliyev isə açıqlamasında “AzEurotel”in yaydığı məlumatın həqiqətə uyğun olmadığını söyləyib: “AzEurotel”in “Aztelekom” üzərindən fəaliyyətdə olan bütün data, SWIFT və digər sistemləri normal qaydada fəaliyyət göstərir. Bu sistemlərə “Aztelekom” tərəfindən heç bir müdaxilə olmayıb». Biz ümid edirik ki, yeni rabitə naziri Ramin Quluzadə «Aztelekom»un fəaliyyətini ən az Məhəmməd Məmmədov qədər bərbad vəziyyətə salan Zahir Vəliyev tezliklə işdən azad edəcək və onun fəaliyyəti ilə bağlı zəruri materialları aidiyyəti hüquq-mühafizə orqanlarına göndərəcək.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır