!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi

!Reklam – Yazi

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.

Bu barədə Yenicag.az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müdafiə nazirinin müvafiq əmrləri şəxsi heyətə çatdırıldıqdan sonra general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən və həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Yenicag.az

www.yenicag.az

1328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv