cebhe5Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tikinti və quruculuq işləri sürətlə davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, cəbhəboyu zonada yerləşən bir neçə yeni iri hərbi hissədə görülən işlərin yekun mərhələsi ilə tanış olmaq və tikintinin keyfiyyətini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov inşa edilən obyektlərdə olub.

Qısa bir müddətdə istifadəyə veriləcək yeni hərbi şəhərciklərdə 20 min nəfərdən artıq şəxsi heyətin yerləşdirilməsi üçün tam şərait yaradılıb, o cümlədən 500-dən artıq ailəli və subay hərbi qulluqçular üçün xidməti mənzillər tikilib.

Ölkə Prezidentinin göstərişinə əsasən, cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan Müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib(azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."