Zakir Həsənov düşmən mövqelərini izlədi – Fotolar

Müəllif: Redaktor

Editor

mncebhe1Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Əsgərlərlə nahar edən müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin daima yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib.

Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da torpaqlarımız işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər.

Şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyini və Ali Baş Komandanın əmri ilə respublikamızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır