!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Gürcüstanda Qarabağ şəhidlərinin ailələri ilə görüşüb - FOTO

!Reklam – Yazi

Bu gün Gürcüstanda səfərdə olan müdafiə naziri Zakir Həsənov şəhid ailələri ilə görüşüb.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, nazir görüşdə əslən Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan və 2015-ci ilin sentyabrın 29-da Tərtər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan Elşən Məmmədovun “Şücaətə görə” medalı ilə təltif olunduğunu bildirib.

Z. Həsənov medalı şəhid atası Vaqif Məmmədova təqdim edib. Təqdimat mərasimində çıxış edən nazir Azərbaycan dövlətinin işğal altında olan torpaqların azad olunmasında Vətən oğulları sırasında Gürcüstanda yaşayan soydaşlarımızın da iştirak etdiyini bildirib. Müdafiə naziri Azərbaycan dövlətinin torpaq uğrunda şəhid olan soydaşlarımızın şəhid ailələrinə həmişə qayğı və diqqət göstərəcəyini bildirib. Şəhid atası Vaqif Məmmədov müdafiə naziri Zakir Həsənova təltif üçün təşəkkür edib və “Vətən sağ olsun!” deyib.

Sonra Z. Həsənov aprel döyüşlərində qəhrəmancasına həlak olan, əslən Dumanisinin Yaqublu kəndindən olan “Azərbaycan Bayrağı” ordenli, mayor Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə müdafiə nazirliyinin xatirə hədiyyəsini təqdim edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, müdafiə nazirliyinin rəsmiləri və səfirlik əməkdaşları, həmçinin Gürcüstan Ağsaqqallar şurasının üzvləri və ziyalılar iştirak ediblər.

Yenicag.Az

www.yenicag.az

1126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv