!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov nazir balalarını hərbi xidmətə çağıra bilər? – Ekspert generalı “səhv çıxardı”

!Reklam – Yazi

 

1412102736_general-zakir-hesenovÜzeyir Cəfərov: “Ombudsman Elmira Süleymanovanın nəvəsi döyüş bölgəsində xidmət edib”

Tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkə vasitəsilə maraqlı bir fikir paylaşıb. Belə ki, o “Oliqarxların oğlanlarının hərbi xidmətə çağırılmasını tələb edək” çağırışı ilə sosial şəbəkələrə müraciət edib: “Bundan sonra Azərbaycan nazirlərinin, Millət vəkillərinin, oliqarxların oğlanlarının hərbi xidmət keçib keçmədiklərini ictimailəşdirək. Tələb edək ki, özləri bunu elan etsinlər.”

1389430114_0001uzeydBu məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən hərbçi ekspert Üzeyir Cəfərov da məsələnin ictimailləşdirilməsi tərəfdarı olduğunu bildirdi: “Əslində məmur övladlarının hərbi xidmətə çağırılması məsələsi hər zaman aktual olub. Sadəcə olaraq, dünən (iki gün öncə-red.) Müdafiə Nazirliyinin hazırda mülkü şəxs qismində olan general-leytenant Yaşar Aydəmirovun verdiyi açıqlamasından sonra məsələ bir daha gündəmə gəlib. Əslinə qalsa, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən kimliyindən asılı olmayaraq hər bir kəs Vətən qarşısında öz xidməti borcunu yerinə yetirməlidir. Aslan bəyin çağırışla bağlı səsləndirdiyi bu fikirləri dəstəkləyirəm. Eyni zamanda, belə çıxır ki, bu günə qədər vəzifədə olan məmur balalarının heç biri faktiki olaraq xidmət keçməyiblər. Bu gün aralarında elələri var ki, hərbi xidmət keçməyib, amma böyük-böyük vəzifələr tuturlar. Bildiyim qədər isə Ombudsman Elmira Süleymanovanın nəvəsi döyüş bölgəsində xidmət edib. Bu övladı ön xəttə xidmət edən vəzifəli şəxslərdən tanıdığım ilk haldır. Döyüş bölgəsində və təlim-hərbi hissəsində olmuşam, amma digər məmur balalarından kiminsə xidmət keçməsini görməmişəm. Olsa-olsa bu hanısa idarə və yaxud müəssisə rəhbərinin övladı olub. Lakin onlar da ağır sahələrdə xidmət keçməyə meylli olmayıblar. Y. Aydəmirovun açıqlaması isə kontekstdən çıxarılmış və bir qədər uğursuz açıqlama idi. O Vətənə xidmətin hər kəsin borcu olduğu fikrini səsləndirmişdi. Amma guya Zakir Həsənovun nazir oğullarını da hərbi xidmətə çağırdığını deyib. Amma Z. Həsənov çağırış məsələlərilə məşğul olmur. Bu işlə dövlətin başqa qurumu məşğuldur. Bu nöqteyi-nəzərdən onun tərəfdarıyam ki, hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir. Dünən (iki gün öncə-red.) ailənin yeganə övladı olan bir zabitimiz də erməni gülləsindən dünyasını dəyişdi.   Ailənin tək oğlan uşağının ön xəttə çağırılmaması məsələsini neçənci dəfədir ki, gündəmə gətiririk, amma məsələyə hələ də diqqət yetirilmir. İmkanlı övladların da hərbi xidmətə çağırılması məsələsinin sosisl şəbəkələrdə qaldırılmasını dəstəkləyirəm. Böyük  xəcalət doğuran bir mənzərədir ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan televiziyası və İctimai kanal da bu kimi məsələləri qabartmalıdırlar. Belədə məcburiyyət qarşısında qalıb məsələni ictimailəşdirmək üçün sosial şəbəkələrdən istifadə edirik. Bu kimi məsələlərə ciddi yanaşılmalı və o da öz həllini tapmalıdır”.

ELÇİN

www.yenicag.az

913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv