www.sinerjipro.net

SinerjiProWide
Reklam

nazir sehid anasinin elinden opduMüdafiə naziri Zakir Həsənov Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının əlindən öpüb.

Yenicag.az Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev üçün nazirliyin Təlim Tədris Mərkəzində təşkil olunan mərasimdə şəhid ailələri ilə tək-tək söhbətləşən nazir onlara təsəlli verib. Vətən uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin qisasını alacağını bildirən nazirin şəhid anasının əlini öpməsi insanları qürurlandırıb.

Qeyd edək ki, Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları II Fəxri xiyabanda dəfn ediliblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."