!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Qaralov vətəndaşları qəbul edəcək

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il avqustun 25-də saat 10:00-da Qax rayon prokurorluğunun inzibati binasında Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Yenicag.az

www.yenicag.az

1743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv