Yazı İçi 468×60

1479710585_sabuhiabbasAzərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirlən iclasında müzakirəyə çıxarılan “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək, və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin hazırkı variantında bu cərimə yalnız Azərbaycan Prezidentinın şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması kütləvi informasiya vasitəsi və kütləvi çıxışlarda edildiyi zaman tətbiq edilir. Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə layihə təqdim edib.

Məsələyə münasibət bildirən sosial-media ekspert, QHT sədri Səbuhi Abbasov bu layihənin söz və internet azadlığının məhdudlaşdırılmasına heç bir aidiyyatı olmadığınıdeyib: “Son on ildə internet media dünyada sürətlə inkişaf etməyə başlaıb. Son 5 ildə isə internet media sanki sosial mediaya inteqrə olunmuş şəkildə inkişaf etməkdədir. Media resurslarının mənbə kimi sosial mediaya istinad halları minlərlədir. Bu hal internet azadlığının təmin edildiyi bütün inkişaf etmiş ölkələrdə də müşahidə olunur. O cümlədən, Azərbaycan beynəlxalq təşkilatların hesbatlarında internet azadlığına görə öncül yerlərdən birini tutur. Bügün hətta Avropanın ən inkişaf etmiş demokratik ölkələrində belə sosial mediadan gələn təhlükələrin qarşısının alınması ilə bağlı ciddi qanunlar qəbul edilib. Çox təəssüflər olsun ölkəmizdə belə bir qanun olmadığından bir insan bəzən 100 profil açaraq istənilən şəxsi ciddi şəkildə təhqir və tənqid edir, hətta biraz da irəli gedərək hədə-qorxu gəlirlər, işgüzar nüfuzlarına ciddi xələl vururlar. Ən utancverici məqam isə ondan ibarətdir ki, erməni maraqlarına xidmət edən bəzi əxlaqsız insanlar onlarla saxta profil açaraq ölkə rəhbərliyini, onun aləsini təhqir etməyə cəhd edir. Bu qətiyyən yolveriləzdir. Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir. Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır.”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."