www.sinerjipro.net

SinerjiProWide
Reklam

125439_res_01Masallı rayonunda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxs tutulub.

Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elçin Fərəcov bildirib ki, yanvarın 14-də rayonun Sərçuvar kəndində Bayram Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törədən rayonun Çaxırlı kənd sakini, 1992-ci il təvəllüdlü Cəlal İlqar oğlu Cəlalzadə tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, adıçəkilən şəxs ötən ilin dekabrında elə həmin yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan 700 manat pul aparıb.

Bundan başqa, C. Cəlalzadə yanvarın 4-də rayonun Musaküçə kəndində yerləşən, Cəmaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək 300 manat pul aparıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."