!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada iki yaşayış evi yanıb

!Reklam – Yazi

yangin esas edfvgtfy70Zaqatalada bir gündə iki fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, birinci yanğın hadisəsi rayonun Danaçı kəndində Osman Qudiyevə məxsus, ümumi sahəsi 96 kv. m olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 25 kv. m-lik sahəsinin yanar konstruksiyaları və evin 16 kv. m-lik mətbəxi içərisindəki əşyalarla birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib.

Digər yanğın hadisəsi rayonun Donbabinə kəndində Fikrət Ramazanova məxsus, ümumi sahəsi 130 kv. m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 3 kv. m-lik sahəsi və bir otağın tavan hissəsinin 3 kv. m-lik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın hadisəsində xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv