!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalanın meşə müdiri vəzifəsindən gedib

!Reklam – Yazi

55537Zaqatala meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru İqbal Əliyev öz ərizəsi ilə işdən çıxıb

Bu barədə SİA-nın jurnalisti Zaqatala meşələrində yoxlama aparılması ilə bağlı yayılan məlumatlara münasibət öyrənərkən İ.Əliyevin özü məlumat verib.

“Bir neçə gün əvvəl saytlarda guya Zaqatala meşələrinin qırılaraq Göyçaydakı taxta sexinə daşınması ilə bağlı yayılmış məlumatlar, hesab edirəm ki, həqiqətə uyğun deyil və mənə qarşı aparılan qara kampaniyadır. Mən meşə qırıntısına yol verməmişəm və indiyədək işimi vicdanla yerinə yetirmişəm. Yoxlama da bunu göstərdi. Məndən əvvəlki direktorun qırıntısından 15-20 dəfə az qırıntı çıxıb ki, bu da meşə gözətçisinin orda-burda 2 ağac qırmasının nəticəsidir. Əslində mütəxəssislər də görür ki, bir sahədən 1-2 ağacdan söhbət gedir. Yəni heç maşınla gəlib onu yükləyib aparmağına da dəyməz. Mən işlədiyim nazirliyə də, mənə qarşı qarayaxma kampaniyası aparanlara da öz haqlı olduğumu sübut elədim.

Onu bilsinlər ki, vəzifəyə görə çalışmamışam, vicdanımla çalımışam. Hansısa şər-böhtan kampaniyasına görə adımı hallandırırlar və görürəm ki, belə hücumlar dayanmır. Bu şərtlərlə mənə vəzifə lazım deyil. Ona görə də öz ərizəmlə vəzifəmdən getməyə qərar verdim.”

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv