!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ZARA məhsullarını geri çağırır – Zəhərli maddə aşkarlandı

!Reklam – Yazi

sdfsf30“ZARA” şirkəti eyniadlı mağazalarda satılan aksesuarları geri çağırır.

Həmin aksesuarlarda zəhərli birləşmələr tapılıb.

Avropanın təhlükəli istehlak mallarının yoxlanılmasını həyata keçirən RAPEX sistemi
İspaniyanın ZARA mağazalar şəbəkəsində satılan bəzək əşyalarında zəhərli maddə olan kadmium aşkar etməsi barədə məlumat yayıb. Norveç hakimiyyətinin verdiyi məlumata görə, onlara “ZARA ACCESSORIES”ə məxsus yeni kolleksiyadan ibarət boyunbağı ilə bağlı şikayət daxil olub. Bundan sonra həmin məhsulların satışına qadağa qoyulub. Brendin sahibi “İnditex” ZARA mağazalarından və digər Avropa ölkələrindən boyunbağını geri çağırmaq məcburiyyətində qalıb.

RAPEX komissiyasının ekspertlərinin verdikləri rəylərə görə, ZARA mağazalarında satılan sink, dəmir, mis və şüşədən hazırlanan aksesuarlarda yüksək konsentrasiyalı kadmium aşkar olunub. Məlum olub ki, həmin maddə insan sağlamlığına ziyan vurur. Belə ki, o, toxumalarda toplanaraq, ayrı-ayrı orqanlara ziyanlıdır və orqanizmdə xərçəng şişi yarada bilər.

Hələ ki həmin aksesuarların hansı ölkələrdə satıldığı və sayı barədə dəqiq məlumat verilmir. Boyunbağının Hindistanda istehsal olunduğu deyilir. Kadmium həmin aksesuarın çəkisinin 90%-ni təşkil edir.

İndi ZARA ölümcül təhlükəli olan boyunbağını alan müştərilərdən onu təcili geri istəyir.

Məşhur brendin Azərbaycanda da fəaliyyət göstərdiyini nəzərə alaraq ölkəmizdəki mağazalara aksesuarların geri çağırılması ilə bağlı məlumatın daxil olub-olmadığını öyrəndik. Mağazanın menecerinin dediyinə görə, hələ ki onların bu haqda heç bir məlumatı yoxdur.

“Bizə hər hansı bir məhsulun geri çağırılması ilə bağlı heç bir məlumat daxil olmayıb. Düzdür, bəzən olur ki, şirkətin hansısa malında problem aşkar olunur və həmin məhsul geri çağırılır. Amma bu dəfə belə hadisə ilə üzləşməmişik. Ümumiyyətlə, bizim mağazalarda aksesuarlar azdır, biz əsasən geyimlərə üstünlük veririk. Odur ki, bəlkə də həmin məhsul Avropa ölkələrinə göndərilib, bizə yox”, – deyə xanım menecer əlavə etdi.(ans)

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv