www.sinerjipro.net

SinerjiProWide
Reklam

83257Yenicag.az xəbər verir ki, ötən gün axşam saatlarında Ukraynanın Donetsk şəhərində güclü partlayış baş verib. “YouTube” videoportalında yayılan kadrlarda partlayış anı və şəhər üzərində alov buludunun qalxması əks olunub.

Hərbi-kimyəvi zavodda baş verdiyi bildirilən partlayış o qədər güclü olub ki, onun səsi Donetsk yaxınlığındakı Avdeyevka və Makeyevka şəhərlərində də eşidilib. Bu ərazilərin sakinləri evlərin titrədiyini bildiriblər.

Ukrayna tərəfi iddia edir ki, partlayış Rusiyayönümlü qüvvələrin nəzarəti altında olan bölgədə baş verdiyindən, onların anbara külli miqdarda silah-sursat topladığını və hücuma hazırlaşdığını göstərir.

Partlayış nəticəsində xeyli silah-sursatın və avtomobilin yararsız vəziyyətə düşdüyü iddia edilir. Rusiyayönümlü qüvvələr də bu iddiaları təsdiqləyərək, partlayışın hərbi-kimya zavodunda baş verdiyini və partlayış dalğasının bütün şəhərə yayıldığını bildiriblər.

Yanğın artıq söndürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."