!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zbiqnev Bjezinski vəfat etdi - Varşavada başlayıb, Virciniyada bitən ömür

!Reklam – Yazi

Dünyanın ən nüfuzlu politoloqlarından biri olan Zbiqnev Bjezinski bu gecə 89 yaşında Virciniyada müalicə olunduğu klinikada dünyasını dəyişib.

Yenicag.Az xəbər verir ki, tanınmış politoloqun ölümü haqda məlumatı qızı Mika özünün “Instagram” səhifəsində yayıb.

Amerikalı politoloq Zbiqnev Bjezinski 1928-ci il martın 28-də Varşavada (Polşa) diplomat ailəsində anadan olub. Ölkənin 1939-cu ildə Almaniya tərəfindən işğalından sonra Bjezinki ailəsi Kanadada qalıb.

Zbiqnev 1950-ci ildə Kanadada MakGill Universitetini bitirərək, siyasi elmlər üzrə magistr dərəcəsi alıb. 1953-cü ildə Harvard Universitetində dissertasiya müdafiə edib. 1953-60-cı illərdə Harvard Universiteti Rusiya Elmi Mərkəzində və həmin universitetin Beynəlxalq Münasibətlər Mərkəzində işləyib.
Bjezinski 1958-ci ildə ABŞ vətəndaşlığı alıb. 1960-cı ildə Kolumbiya Universitetinə keçən Bjezinski 1977-ci ilə qədər özünün yaratdığı Kommunizm problemləri İnstitutuna rəhbərlik edib.

O, 1961-ci ildə Con Kennedinin, 1964-cü ildə isə Lindon Consonun seçki kampaniyalarında xüsusi fəallıq göstərib.
Karyerası sürətlə yüksələn Bjezinski ABŞ Dövlət Departamenti siyasi planlaşdırma Şurasına seçilib, daha sonra isə vitse-prezident Hyubert Hemfrinin xarici məsələlər üzrə müşaviri təyin olunur. 1973-cü ildə “Üçtərəfli komissiya” beynəlxalq təşkilatının ilk rəhbəri olur.

ABŞ-ın siyasi dairələrində nüfuzu yüksələn Bjezinski 1977-81-ci illərdə prezident Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postuna gətirilir.

1981-ci ildə yenidən Kolumbiya Universitetinə qayıdan politoloq elmi-pedaqoji fəaliyyətini davam etdirir. O, 1989-cu ildən Con Hopkins Universitetindəki Perspektivli beynəlxalq tədqiqatlar Məktəbində dərs deməyə başlayır.
Bjezinski 1950-ci illərin sonlarından etibarən, ABŞ prezidenti Duayt Eyzenhauerlə dövlət katibi Con Dellasın “kommunizmi süpürmək” strategiyasının tənqidçisi kimi çıxış edir. O, sosialist blokunun dağıdılması üçün Şərqi Avropa ölkələrinin Qərblə siyasi-iqtisadi əlaqələrini gücləndirərək, dinc proseslər sayəsində oradan qoparılmasının daha perspektivli olduğunu düşünür.

Eyni zamanda, Bjezinski ABŞ-ın Vyetnamda hərbi əməliyyatlara başlamasının qızğın tərəfdarı olub.
O, 1966-cı ildə sosialist ölkələri ilə münasibətlərin genişləndirilməsini, eyni zamanda SSRİ-yə qarşı sərt siyasətin davam etdirilməsi ilə yanaşı, beynəlxalq gərginliyin azaldılmasını nəzərdə tutan“Körpülərin qurulması” konsepsiyasını hazırlayır.

Bjezinski insan hüquqları problemlərinə görə SSRİ-ni və sosialist ölkələrini təzyiq altında saxlayan ABŞ xarici siyasət kampaniyasının əsas ideoloqlarından biri idi.

Çox sayda kitabların müəllifi olan Bjezinskinin ən populyar əsərləri “İki dövr arasında: Amerikanın texnotron erasında rolu” (1970) və “Böyük şahmat masası: Amerikan üstünlüyü və onun geostrateji imperativləri” (1997) kitablarıdır.

Bjezinski evli idi, 3 övladı vardı.

Yenicag.Az

www.yenicag.az

1381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv