!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zəhra balanı öldürənlə 15 iyulda 250 nəfəri şəhid edən eyni zehniyyətdir" - Hamit Karadeniz

!Reklam – Yazi

Türkiyə Respublikası Bakı səfirliyinin media müşaviri Hamit Karadeniz, Bakı Yunus Emre İnstitutunda təşkil edilən “15 iyul şəhidlərini anma proqramı”na qatılıb.

Yenicag.az xəbər verir ki, Karadenizin tədbirdəki çıxışı iştirakçılara kövrək anlar yaşadıb. Media müşaviri həmin gecə baş verən hadisələri danışıb:

“Allah Türkiyədə baş verən hadisələri bir daha ölkəmizə və İslam dünyasına yaşatmasın. Türkiyədə həmin gün o saatları yaşayanlardan biri də mənəm. Məzuniyyətdə idim, ertəsi gün yola çıxacaqdım. Evdə oturmuşduq. “Bu nədir belə, hərbi təlimmi keçirilir?” deyə düşündüyümüz vaxt xəbərlərdən öyrəndik ki, belə bir çevriliş cəhdi var… Qısa olaraq belə deyim: o şərəfli formanın içində gizlənmiş xain terroristlər, oğurluq təşəbbüsü həyata keçirtdilər. Nəyin oğurluğunu? Demokratiyanın və ölkəmizin müstəqilliyini, suverenliyini oğurlamağa çalışdılar. Bəs bu nöqtəyə qədər necə gəldilər? Bura qədər də oğurluqla gəliblər: 50 ildən bəri məmləkətimizin damarlarına qədər sirayət etmiş, özünü peyğəmbərlərdən də üstün hesab edərək Pensilvaniyada adını kainat imamı elan etmiş birinin sayəsində… Mən bunu açıq və qəti deyirəm, o insanın dinlə, İslamla heç bir əlaqəsi yoxdur, Çünki “La ilahə illallah” deyən hamı cənnətə gedəcəkdir, “Muhammədən Rəsulullah” deməyə ehtiyac yoxdur deyən bir xaindən söhbət gedir. 90-cı illərdə onun kardinal olduğu deyilirdi, bir çoxumuz inanmırdıq. O, bir xaindir, kardinaldır, İslamın, müsəlmanların və Türkiyənin düşmənidir. Çünki Quran “Muhammədən Rəsulullah”sız bir dini, inancı əsla qəbul etmir. Bu yetişdirdiyi əsgərləri, pilotları ( hərçənd onlara əsgər demək olmaz), o terrorçuları oğurladıqları imtahan sualları ilə oralara gətirib çıxartdı. Mənim övladımla eyni imtahana girir, eyni səviyyədədir, bir də görürsən ki, o, hərbi məktəblərə, yüksək yerlərə qəbul oldu. Bunların həyatı oğurluqla keçib. “Zəkat pulu” dedilər, yığdılar; “qurban pulu” dedilər, yığdılar. Millətin mənəvi dəyərlərini istismar etdilər. Minlərlə insandan qurban pulu yığdılar, heç birinin qurbanını kəsmədilər. Bu Pensilvaniyadakı xain fətva verirdi, çünki özünü peyğəmbərlərdən üstün görən, özünü kainat imamı elan etmiş bir insanın xəyanəti də belə olacaqdı. Allah əsla harama, xainə fürsət verməz.

Biz o silahları, hərbi sursatları, təyyarələri düşmənə qarşı aldıq, onlara əmanət etdik. Ancaq təəssüf ki, indi anlayırıq: Şərqi və cənub-şərqdəki o PKK hadisəsində də bu xainlər onlara fürsət verib, üstlərinə getməyiblər, hətta kəşfiyyat məlumatlarını çatdırıblar. 15 iyuldan sonra PKK-nın özü etiraf edir ki, daha türk ordusunun içindən kəşfiyyat məlumatları ala bilmirik. Demək, bu xainlər edirmiş… Belə bir xəyanət şəbəkəsinin oyanışı ilə üz-üzə qaldıq, ancaq Allaha şükür, millətimizin birliyi ilə bu cəhdin qarşısı alındı. Üç çevriliş görmüşəm. 28 fevralın təzyiqini daha çox hiss etmişəm. Anamla Qarsa gedirdik, axtarış aparılırdı, şəxsiyyət vəsiqəmi aldılar. Harun Karadeniz adlı bir terrorçu axtarırdılar, soyadımız oxşadığına görə bizi saxladılar. Anam tez arxamca çıxdı, “oğlumu aparmayın” dedi. 15 iyulda isə mənim həyat yoldaşım övladlarımıza dedi ki, a bala, nə dayanmısız, gedin! Bu, dünənin və bu günün anasının fərqidir.

Elə bir prezidentimiz var k… Deyirlər: “sizi gizlədək”, – deyir ki, “niyə gizlənməliyəm, xalqım hardadırsa, mən də ordayam”. Deyirlər: “sizə poladdan canlıq verək, geyinin”, – deyir ki, “xalqımın geymədiyi polad canlığı mən niyə geyim?” O gecə 250 şəhidimiz, 2000-nə yaxın qazimiz oldu. Füzulidə Zəhra balanı öldürən erməni əsgərlə, 15 iyulda 250 nəfəri şəhid edən, qətl edən zehniyyət arasında heç bir fərq yoxdur. Bunlar da bizim içimizdəki yerli ermənilərdir. Bunlar erməni və rumlarla əməkdaşlıq edən xainlərdir. Allah islah etsin!”

Yenicag.az

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv