!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zeki Mürenlə Ajda Pekkan evil olub? – Fotolar

!Reklam – Yazi

495987Dekabrın 6-sı Türkiyənin “İncəsənət Günəşi” adlandırılan Zeki Mürenin doğum günüdür. Yaşasaydı, 85 yaşını qeyd edəcəkdi.

Yenicag.az lent.az-a istinadən bildirir ki, türk pop musiqisinin super starı Ajda Pekkan unuda bilmədiyi mərhum sənətkar haqqında xatirələrini bölüşüb.

A.Pekkan Zeki Mürenin 49 il əvvəl 36 yaşını qeyd etdiyi günü yada salıb: “O gün çox həyəcanlanmışdım. Səhər açılan kimi hazırlığa başlamışdıq. Makiyajımızı edib, geyinib, bəzənib Z. Mürenin Leventdəki evinə yollandıq. Təbii ki, bizimlə birlikdə Neriman Köksal və Perihan da gəldi. Tortlar, çaylar, rəqslərlə Zekinin 36 yaşını qeyd etdik. Çox gözəl bir gün idi. Mən Zekini ogünkü qədər şən və coşğulu görməmişdim. Kaş, yaşayaydı, yenə ad günün qeyd edərdik”.

Super star mərhum sənətkarla bağlı daha bir maraqlı xatirəsini də bölüşüb: “Musiqidə inanılmaz bir rəqabət getdiyi illər idi. Mənim də ağlım, fikrim və qəlbim həmişə Zeki Mürendəydi. Çünki o, həmin dövrün musiqisinin yeganə “div”i idi. Mənimsə yuxularımın şahzadəsiydi. Anama deyirdim ki, bir gün mən Zeki Mürenin heyətində səhnəyə çıxacam. Anam da mənə güldü. İki gün sonra Fahrettin Aslan məni tapdı və Zeki Mürenin heyətində iştirak edəcəyimi dedi. Həmin an sevincimdən qışqırmamaq üçün özümü güclə saxladım. Ən böyük xəyalım gerçək olmuşdu”.

A.Pekkan 1966-cı ildə çəkilən “Toy gecesi” adlı filmlə bağlı da unudulmaz bir xatirəsini yada salıb: “Zeki Mürenin baş rolu ifa etdiyi bu filmdə Türkan Şoray və mən də çəkilmişdim. Çox gözəl bir filmdi. Filmdə biz dava etmişdik. Çünki ssenaridə ikimiz də Zekini sevən qız rolunu oynayırdıq. Türkanla davamız o qədər təbii alınmışdı ki, Zəki gəlib bizi ayırdı”.

A. Pekkan Z. Mürenin heyətinə daxil olandan sonra səhnədə tez-tez öpüşdükləri o dövrün insanlarının xatirəsindədir. Super star buna belə aydınlıq gətirib: “1966-cı ilin payızında Zekinin köməkliyi ilə məşhur kazinolardan birində səhnəyə çıxmağa başladım. Uzun illər bizim kulis otaqlarımız yan-yana olub. Arada sadəcə bir divar vardı. Hər axşam divarı döyərək mənə “canım arvadım” deyə səslənirdi. Mən də dərhal cavab verirdim: “Buyur, yaraşıqlı ərim”. Bu dialoq və kameralar qarşısında tez-tez öpüşməyimiz bizim uğurumuz olmuşdu”.

 

www.yenicag.az

794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv