Zəlimxan Yaqubla vida mərasimi keçirilir – FOTOLAR

Müəllif: Redaktor

Editor

?????????????????????????????????????????????????????????

Bu gün “Təzəpir” məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başlayıb.

Vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar və adi vətəndaşlar da iştirak edir.

Xalq şairi Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvi idi.(Azvision)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir