!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəncirvari qəza tıxac yaratdı – 5 maşın toqquşdu

!Reklam – Yazi

zencir77Bu gün səhər saatlarında Bakının Yasamal rayonu ərazisində zəncirvari qəza baş verib.

Trend-in hadisə yerindən verdiyi məlumata görə, qəza səhər saat 08:20-də Bakı Beynəxalq Avtovağzalından “20 yanvar” istiqamətində hərəkət edən yolda, Moskva prospektində qeydə alınıb.

Həmin istiqamətdə hərəkətdə olan “Mercedes-C Klass” makralı avtomobil yüksək sürətlə hərəkət edərkən, yolun sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib.

Nəticədə maşın keçidin səkisinə dəyərək hərəkətdə olan “Nexia” markalı avtomobilə çırpılıb. Daha sonra “VAZ-2107” markalı maşına dəyib. “VAZ-2107” markalı avtomobil isə “Opel” və digər “VAZ-2107” markalı maşına çırpılıb.

Hadisə nəticəsində “Mercedes-C Klass” makralı maşında olan sərnişin yaralanıb.

Avtomobillərə maddi ziyan dəyib. Qəza nəticəsində yolda avtomobil sıxlığı yaşanıb.

 

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv