!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Zərbə almaqdan qorxuram" - 40 yaşlı subay aparıcı  

!Reklam – Yazi

Tanınmış aparıcı Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən 40 yaşlı aparıcı indiyə qədər subay qalmasının səbəbini belə izah edib:

“Çoxları soruşur ki, niyə evlənmirsən, nə vaxta qədər subay gəzəcəksən? Mən asanlıqla vurulub, rahat unudanlardan deyiləm. Nə vaxtsa ürəkdən sevmişəm, amma alınmayıb. Elə ona görə də 10 ildir ki, sevmirəm. Çünki zərbə almaqdan qorxuram”.

Aparıcı hisslərini idarə etdiyini də gizlətməyib:

“Düzdür, sevgi sifarişlə gələn hiss deyil, amma mən 10 ildir ki, hisslərimi idarə edirəm. Hər halda, sevgisiz də deyiləm. Çünki sevgisiz insan özünü tənha hiss edir. Sevginin mərhələləri var: orta və pik hədd. Mən orta hədlə kifayətlənirəm. Yuxarı qalxmaqdan qorxuram. Təbii ki, subay kişi olaraq həyatımda qadınlar var, amma hələ ki, rəsmiləşdirməyi düşünmürəm. Evlənəcəyim qızın həyatıma daxil olacağı günü gözləyirəm”.

Cəvahir

www.yenicag.az

3099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv