yenicag.az
yenicag.az

Zərdabda ağır qəza – Ölən və yaralananlar var

Zərdabda ağır qəza – Ölən və yaralananlar var

Müəllif: Redaktor

Editor

 

qeza_1Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə “VAZ” markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Yaralılara isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki yaralı xəstəxanaya koma vəziyyətində daxil olub şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur. Hadisənin baş vermə səbəbi araşdırılır.(APA)

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti