www.sinerjipro.net

SinerjiProWide
Reklam

Nəsimi rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibəti ilə rəsm sərgisinin açılışı olmuşdur.

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar günlə bağlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmiş, sərgi və müxtəlif aksiyalar təşkil olunmuşdur.

Tədbirləri çərçivəsində Qalereya 1969-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Millət vəkilləri Asim Mollazadə, Məlahət İbrahimqızı, Aydın Hüseynov, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər.

Bayramsayağı bəzədilmiş sərgi salonuna toplaşan qonaqları salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışmış, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.

Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olmuşdur. Mərasim iştirakçıları Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti» , həmçinin xalq rəssamları Baba Əliyev, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Vəcihə Səmədovanın, Xalidə Səfərovanın, Salam Salamzadə, Ağa Mehdiyev, Asəf Cəfərov və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa etmişlər. Tədbirdə xalq artistı Samir Cəfərov “Ana”mahnısı, Bakı Musiqi Akademiyasının tələbələri Mədinə Ağayeva, Vüsal Aydəmirov və Alp Əliyev müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."