Zəvvarların qayıdışı oktyabrın 3-nə kimi uzadılıb

Müəllif: Redaktor

Editor

98b90c484b8eb68be53b02e4bf3b6eb1Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib.

Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından verilən məlumata görə, zəvvarları gətirən sonuncu təyyarəin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb. Bu gün isə azərbaycanlı zəvvarları gətirmək üçün 3 aviareys nəzərdə tutulub ki, onlardan biri artıq reallaşıb, digələri saat 17:20-də və 23:00-da Bakıya enəcək.

Təxminən 250 zəvvarı gətirəcək daha bir təyyarənin isə oktyabrın 3-də səhər tezdən Ciddə hava limanından Bakıya yola düşməsi nəzərdə tutulub(APA).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır