Ads by Google

hightechnic
Ads by Google

Or81EOXrFws1cxcXəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarova dünən 79 yaşını qeyd edib.

Xalq artisti doğum gününü ölkədən kənarda, İngiltərənin paytaxtı Londonda keçirib. Bildirilir ki, sənətkara ad gününü Londonda keçirməklə bağlı dəvət gəlib və o da bu təklifi qəbul edib. Məlumata görə, Xanlarova Yeni ili də Londonda qarşılayacaq.

Xatırladaq ki, Zeynəb Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. “Şöhrət” ordenli Zeynəb Xanlarova həm də Milli Məclisinin deputatıdır.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."