Zeynəb Xanlarova Sülh Platformasına qoşuldu

Müəllif: Redaktor

Editor

SSRİ, Ermənistan SSR və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platforması qoşulması haqqında bəyanat verib.

Ermənistan-Azərbaycan Sülh Platformasından verilən məlumata görə, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edilir:

“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, mən, Zeynəb Xanlarova bu təşəbbüsə dəstəyimi ifadə edir və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bildirirəm”.

Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir