!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziddiyətli bəyanatlar verməmək” çağırışının kodları – Şərh

!Reklam – Yazi
Zaur Məmmədov Politoloq Xüsusi olaraq, Yenicag.az üçün
Zaur Məmmədov
Politoloq
Xüsusi olaraq, Yenicag.az üçün

        Mayın 20 -si  hər kəs Prezidentlərin Sankt Peterburq görüşünün  nə ilə bitəcəyini gözləyirdi. Sankt – Peterburqda baş tutan görüşdən sonra istər Azərbaycan , istərsə də Ermənistan tərəfinin verdikləri müsbət səpkili bəyanatları  diplomatik jest kimi qəbul etmək olar. Putinin görüş keçirməkdə əsas məqsədi tərəfləri hərbi yoldan çəkindirmək, atəşkəs rejimini  möhkəmləndirməkdən ibarət idi. Çünki indiki mərhələdə Rusiyaya  Qafqazda müharibə sərf etmir.

Üçtərəfli görüşdən əvvəl hər iki prezidentin Putin  ilə görüşündə səsləndirdikləri  fikirlər də maraqlıdır. Erməni dövlət başçısı Putin  ilə görüşdə, ondan münaqişənin dinc yolla həllində kömək etməsini xahiş etdi.  Putinin  iki tərəf arasında iqtisadi siyasət məsələsinə toxunmasına baxmayaraq, Sarqsyan birbaşa münaqişə barəsində danışdı. İlham Əliyev isə, Rusiya lideri ilə ikitərəfli görüşdə ermənilərdən  torpaqların qaytarılmasını  tələbi ilə çıxış etdi. Beləliklə,  Əliyevin tələb, Sarkisyanın isə xahiş etməsinin şahidi olduq.

Görüş qapalı qapılar arxasında aparılıb və bizim əlimizdə demək olar kı, heç bir məlumat yoxdur. Görüşün üç prezidentin təkbətək, köməkçiləri və XİN başçıları olmadan keçirilməsi çox ciddi məsələlərin müzakirə olunmasından xəbər verir.  Görüşdən sonra hər iki XİN başçılarının görüşü uğurlu adlandırmaları maraqlı məqamları ortaya qoyur. Münaqişənin həlli prosesində hər iki tərəfi qane edəcək məsələ nə ola bilər? Nəzərə alsaq kı, münaqişənin nizamlanması ilə bağlı tərəflərin mövqeləri bir – birinə çox uzaqdır!

Görüşün yekunu olaraq münaqişə zonasında ATƏT müşahidəçilərin sayının artırılması qərara alınıb. Bu da çox güman kı, formal mahiyyət daşıyır. Bundan əvvəlki Vyana görüşündə də oxşar bəyanat verilmişdi.

yenicag-aliyev_sarkisyanDigər maraqlı məqam, görüşün yekunlarına dair liderlərin bəyanatıdır. Bəyanatda deyilir ki, «Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqiyə gətirib çıxarmağa imkan verəcək bir sıra məsələ üzrə razılıq əldə olunub». Əgər bəyanat formal mahiyyət daşımırsa, o zaman söhbət  Azərbaycanın maraqları nəzərə alınacaq bir sıra razılıqlardan gedə bilər.

Son iki gündə istər Azərbaycan, istərsə də Ermənistan tərəfinin bir – birinə zidd bəyanatlar səsləndirmələri, Rusiya XİN sözcüsünün isə, tərəfləri düzgün olmayan, ziddiyətli bəyanatlar verməmək haqqında çağırışı onu göstərir ki, Sankt Peterburq görüşündə  də bundan əvvəlki görüşlərdə kimi irəliləyişə nail olunmayıb.

Hər halda narahat olmaq üçün Azərbaycan ictimaiyyətinin heç bir əsası yoxdur. İctimaiyyət Prezidentimizə tam etibar edir. Erməni tərəfinə gəldikdə isə, prezident Sarkisyana olan aşağı legitimlik dərəcəsi ermənilərdə danışıqların arxasında əslində hansı məqamların olduğuna şübhə yaradır. Ümumiyyətlə, görüşdən əvvəl Sarkisyanın gərgin görünməsi siyasi texnoloqların diqqətindən qaçmayıb.

 

 

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv