“Zirə” nigeriyalı futbolçu ilə müqavilə bağlayıb

Müəllif: resul

Editor

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” transfer çalışmalarını da davam etdirir.

Yeniçağ.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “qartallar”ın sırasına daha bir futbolçu qoşulub.

Bu, nigeriyalı müdafiəçi Akim Latifudur. Onunla 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Akim Latifu karyerasına Nigeriyada başlayıb. O, Norveç, Ukrayna və Türkiyədə də çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının formasını geyinib.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir