!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Zirə” vətənə məğlub qayıdır

!Reklam – Yazi

Avropa Liqasındakı təmsilçilərimizdən “Zirə” bu gün növbəti sınağına çıxıb.

Yenicag.az xəbər verir ki, ilk təsnifat mərhələsində Lüksemburq “Differdanj”ını mübarizədən kənarlaşdıran (2:0, 2:1) “qartallar”, bu dəfə Rumıniyanın “Astra” klubuyla qarşılaşıb. Ayxan Abbasovun yetirmələri Curcu təmsilçisi ilə səfər sınağından üzüağ qayıtmaq istəyindəydi.

Ötən mövsümdə Avropa Liqasının 1/16 finalına kimi irəliləmiş “Astra” bu il də ən azı eyni nəticəni təkrarlamağı planlaşdırır. Lakin ötən mövsümlə müqayisədə rəqibin heyətində ciddi dəyişikliklərin baş verməsi “Zirə”nin xeyrinə olan amil idi.

Təəssüf ki, qəsəbə təmsilçisi Rumıniyadakı qarşılaşmada istədiyi oyunu sərgiləyə bilməyib. Oyun Azərbaycan klubunun məğlubiyyəti ilə başa çatıb. Zirəlilər bir həftə sonra bu rəqibi doğma meydanda qəbul edəcək. Lakin mərhələ adlamaq heç də asan olmayacaq.

Avropa Liqası

2-ci təsnifat mərhələsi, ilk oyun

13 iyul

Astra – Zirə – 3:1
Qol: A.İonitsa, 31. A.Dandya, 55. A.Le Tallek, 74 – R.Sadiqov, 34.
Sarı vərəqə: A.İonitsa, 36. A.Şemonayev, 53. J.Bum, 63.
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Curcu. Marin Anastasoviçi stadionu

Yenicag.az

www.yenicag.az

1074
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv