!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ziya Bünyadovun qətlindən 20 il keçdi

!Reklam – Yazi

Bu gün Azərbaycanın görkəmli şərqşünas və tarixçisi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Ziya Bünyadovun anım günüdür.

Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından misilsiz xidmətlər göstərmiş Z.Bünyadov 1997-ci ilin məhz bu günündə – fevralın 21-də qətlə yetirilib.

Ziya Bünyadov 1923-cü il, dekabrın 21-də Astara şəhərində anadan olmuşdu. Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsil alıb. II Dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il, fevralın 27-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Z.Bünyadov xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biridir. 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü, 1981-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdi. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixçilərin yalançı iddialarını faktlarla ifşa etmişdi. O, 1997-ci il, fevral ayının 21-də işdən çıxıb evinə gedərkən yaşadığı binanın blokunda cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Yeniçağ.az

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv