ziya_Məşhur tarixçi alim, sabiq millət vəkili, mərhum akademik Ziya Bünyadovun xanımı Tahirə Bünyadova bu gün səhər saatlarında vəfat edib.

Bu barədə Bünyadovlar ailəsinin yaxınları məlumat veriblər.

Mərhumun dəfn mərasiminin Təzəpir məscidində keçiriləcəyi gözlənilir.

Modern.az-a məlum olub ki, Tahirə Bünyadova 91 yaşındaydı. O, son vaxtlara qədər Milli Məclisin kitabxanasında məsləhətçi işləyirdi. Əslən Qarabağdan olan Tahirə xanım Yusif Vəzir Çəmənzəmənlinin yaxın qohumudur. O, Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunda təhsil almışdı.

Akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.(modern)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."