!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zümrüddən qalmaqallı açıqlama: “Kim çox pul təklif etsə...”

!Reklam – Yazi

Tanınmış aktrisa və aparıcı Zümrüd Qasımova yeni mövsümdə tamaşaçılarını Space televiziyasının efirindən salamlayacaq.

Aparıcının Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Yeni mövsümdə sədan Space kanalından gəldi…

– Suat Köçərli ilə həftədə bir dəfə Space televiziyasında şou formatlı veriliş aparacağıq. Suat 20 ildir ki, Azərbaycanda yaşayan türk müğənnisidir.

– Verilişin məramı-məqsədi nədir?

– Bu veriliş Azərbaycanla Türkiyə arasında dostluq körpüsü rolunu oynayacaq.

– Səncə, tamaşaçını ekrana kilidləyə biləcəksiz?

– Mənim işim tamaşaçıya adımalayiq iş təqdim etməkdir. Əvvəlki verilişlərim maarifləndirici xarakter daşıyıb. Bu verilişim daha çox əyləncəli, şou xarakterli olacaq. Tamaşaçıya bolluca enerji, sevgi ötürə biləcəyik.

– Bəs ARB-dən niyə getdin?

– Mən hara gedirəmsə, özümlə uğur aparıram. 12 ildən sonra yenidən “Space”yə qayıtdım. Bura mənim üçün doğma məkandır. Qaldı ki, ARB-dən niyə getməyimə, bu barədə danışmaq istəmirəm. Bu sualı telekanala ünvanlayın. Harda yaxşı məvacib versələr, hər kəs özünü orda görmək istəyər. Kim çox pul təklif etsə, hər kəs oranı seçər.

– Pul çox önəmlidir deyəsən?

– Əlbəttə, pul bütün qapıların açarıdır.

– Bildiyimə görə bu veriliş prodakşn məhsuludur…

– “Zümrüd&Suat” şou proqramı bizim birgə layihəmizdir. Bunu çoxdan düşünürdük. Məncə, tamaşaçılar layihəni bəyənəcək.

– Bu yaxınlarda sosial şəbəkədə bir status paylaşmışdın ki, “başqasına quyu qazmayın, özünüz düşərsiniz…” Kimin bostanını daşlayırdın?

– Mən heç vaxt heç kimə quyu qazmamışam, nə də mənə heç kim quyu qazmayıb. Sadəcə, çevrəmdə elə insanlar olur ki… Sonradan iç üzləri açılır. Ətrafımda hər zaman düzgün insanlar olub. Statusu yazdım və peşman oldum ki, axı onlar kimdir ki, mən onlara belə diqqət ayırdım?! Ay yazıq, bədbəxt, özünü reallaşdıra bilməyən insanlar. Elə insanları yaddaşından silirsən, vəssalam. Və həyata davam…

– Demək ki, yaxınlarından zərbə almısan?

– Əslində, onları heç özümə yaxın da saymamışam. Bircə onu deyə bilərəm ki, məni sevdikləri qədər də Allah onları sevsin.

Cəvahir

www.yenicag.az

10093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv