Reklam

Reklam

6fa49c3f-47f1-4b98-a588-d220fb0e4b43-300x204Bu gün Türkiyə vətəndaşı, tanınmış müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın məhkəməsi başlayır.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkun cənub bölgəsinin baş prokuroru Prit Bharara rəsmi “Twitter” səhifəsində yazıb.
“Şahid Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq”, – prokuror yazıb.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar pozmaqda, bank sahəsində saxtakarlıq etməkdə, “çirkli pulları yuymaqda” şübhəli bilinir.

O, ABŞ-ın Oklahoma şəhər həbsxanasında bir həftə saxlanıldıqdan sonra təyyarə ilə Nyu-Yorka, oradan isə aprelin 27-də Manhattana gətirilib.

Xatırladaq ki, Rza Zərrab əslən Cənubi Azərbaycandandır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."