Reklam

Reklam

“Mikayıl Müşfiqin abidəsi Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında bərpa olunub”.

Yeniçağ.Az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, abidə yerinə qoyulanda ona heç bir ziyan vurulmayıb: “Bu məsələ dərhal nəzarət altına götürüldü. Bərpa layihəsinə Memarlar İttifaqı və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən baxılıb, təsdiqlənib. Bakı şəhəri, Azərbaycanın digər regionları inkişaf edir. Nə isə sökülür, nə isə yenidən qurulur. Bu təbii proseslər davam edəcək. Lakin dövlət qanunvericiliyi çərçivəsində bu işlər razılaşdırılmalı, layihələndirilməli və düzgün istiqamətləndirilməlidir. İctimaiyyət bu haqda qabaqcadan xəbərdar edilməlidir. Bizim mövqeyimiz bundan ibarətdir. Bakıda aparılan işlər onu göstərir ki, şəhərin inkişafı düzgün istiqamətdədir. Bakı genişlənir və gözəlləşir”.

Qeyd edək ki, M. Müşfiqin heykəli martın 27-də yerinə qoyulub. Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Bu gündən ərazidə abadlıq işlərinə başlanılıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 117
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."