!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxıda iki avtomobil toqquşdu

!Reklam – Yazi

скачанные файлы (2)Bakı-Şamaxı-Yevlax avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə yolun 144-cü kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

Ağsu rayonunun Daşdəmirbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyev Ceyhun Zakir oğlunun idarə etdiyi 99 FM 757 dövlət nömrə nişanlı “Hyundai SantaFe” markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı sakini, 1961-ci il təvəllüdlü Nəcəfov Cəfər Müseyib oğluna məxsus 44 BD 161 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv