!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist Niftulla Əsgərov dəfn olundu - YENİLƏNDİ/FOTO

!Reklam – Yazi

Əməkdar artist Niftulla Əsgərovla Lənkəran Dövlət Dram Teatrında vida mərasimi keçirilib.

“Report”un cənub bürosu xəbər verir ki, mərhumun tabutu son dəfə vidalaşmaq üçün teatrın səhnəsinə qaldırılıb.

Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, aktyorun ailə üzvləri, həmkarları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Teatrın müdiri vəzifəsini müvəqqəti icra edən İntiqam Hacılı Niftulla Əsgərovun yaradıcılıq yolundan danışıb.

Xalq artisti Qabil Quliyev mərhum aktyor haqqında danışarkən onun oynadığı rolların kiçik və ya böyüklüyünün heç bir əhəmiyyətinin olmadığını, hər bir obraza sevgi ilə yanaşdığını, onu öz dəst-xətti ilə ifa etdiyini bildirib.

Çıxış edən kollektiv üzvləri də Niftulla Əsgərovun səhnəyə çıxdığı an tərəf müqabillərinə xoş aura ötürməsindən, hər zaman pozitiv olduğundan danışıblar.

Vida mərasimindən sonra mərhum Lənkəranın Girdəni kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

 

***

10:32

Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”ında Əliəşrəf bəy və s obrazlara səhnə həyatı verib.

Paralel olaraq “My name is İntiqam”, “My name is İntiqam 2”, “Bayram axşamı”, “Bığ əhvalatı”, “Vəziyyət rusca”, “Elçilik” və başqa filmlərdə, “Bizim Əhməd haradadır?”, “Xalxın evi” və s. seriallarında aktyor kimi çəkilib.

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.

Allah rəhmət eləsin!

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv