“Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Ermənistanın baş naziri Nikol Paşinyanın həmin əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanımasının məntiqi nəticəsidir”.
Rusiyalı politoloq, MDBMİ-nin aparıcı tədqiqatçısı Sergey Markedonov hesab edir ki, əgər bunu sakit və rasional dəyərləndirsək, Rusiya sülhməramlı qoşunlarının Qarabağı tərk etməsi tarixin sonu deyil.
ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı AZƏRTAC-ın ABŞ bürosunun sorğusunu cavablandırıb.
Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şənbə günü, aprelin 20-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək.
Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.
ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatının Skranton şəhərinə səfərində İkinci Dünya Müharibəsi zamanı Sakit okean əməliyyatında iştirak etmiş əmisinin xatirə abidəsini ziyarət edib.