“06” piyadanı vurub xəstəxanalıq etdi – VİDEO

unnamed-3Hadisə Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib.

ARB Şəki xəbər verir ki, 24 yaşlı Əliabad qəsəbə sakini, Tural Sadəddin oğlu Həsrətov idarə etdiyi “VAZ 2106” markalı 10 EJ 985 dövlət nömrə nişanlı avtomobillə rayonun Əliabad-Mosul yolunda hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada rayonun Əliabad qəsəbə sakini 54 yaşlı Musa Bulad oğlu Hacımuradovu vurub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarəti alan Musa Hacımuradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.