Hər hansı ölkəyə səfər edərkən ilk öncə oradakı maddi-iqtisadi durumu nəzərə alırıq. Cibimizə uyğun olaraq səyahətin dadını çıxarmağa çalışırıq.
Hər hansı ölkəyə səfər edərkən ilk öncə oradakı maddi-iqtisadi durumu nəzərə alırıq. Cibimizə uyğun olaraq səyahətin dadını çıxarmağa çalışırıq.
Yenicag.az saytı olaraq maraqlı bir araşdırma apardıq. Görəsən müxtəlif ölkələrdə 1 dollar ilə nələr etmək olar?
Məsələn Avstraliyada 1 dollarla 60 saniyə mobil telefonla danışmaq olar.
Meksikada 1 dollara təxminən 40 banan almaq olar.
Səudiyyə Ərəbistanında 1 dollara təxminən taksi ilə təxminən 1 kilometr yol qət etmək mümkündür.
İordaniyada bu pulla kola və cipsi almaq olar.
İndoneziyada 1 dollar qarşılığında nahar etmək daha sərfəlidir.
İsveçrədə 1 dollara bahalı pendirlərdən yalnız dadmaq olar.
Keniyada isə 4 ədəd pomidor və 4 ədəd soğan almaq mümkündür.
Norveçdə 1 dollar qarşılığında nəysə əldə etmək mümkünsüzdür. Elə İngiltərədə də oxşar vəziyyətdir.
ABŞ-da 1 dollara yalnız qazlı içki almaq imkanı var.
Qardaş ölkə Türkiyədə isə 1 dollara simit alıb, ləzzətlə dadına baxa bilərsiniz.