1 ha ərazi kül oldu

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində 1 ha biçilməmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.