Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

1 milyard istifadəçiyə ŞOK: “Facebook” pullu olacaq – İDDİA

Dünyanın ən geniş yayılmış sosial şəbəkəsi olan “Facebook”un ödənişli olacağı nəzərdə tutulur.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Facebook” yarandığı gündən bu yana istifadə etdiyi “Pulsuzdur və hər zaman pulsuz olacaq” qeydi saytın giriş səhifəsindən silinib.

Həmin qeydi “Sürətli və rahat” sözləri ilə əvəzləyən “Facebook” qısa müddətdə yeni müzakirələrə zəmin yaradıb və sözügedən sosial şəbəkənin ödənişli olacağı haqda iddiaların irəli sürülməsinə yol açıb.

“Facebook”dan o iddialara hələlik münasibət bildirilməsə də, şirkətin yeni gəlir modelini nəzərdən keçirdiyi təxmin edilir.

Qeyd edək ki, ABŞ-da 87 milyon istifadəçinin şəxsi məlumatlarını müxtəlif şirkətlərə paylamaqda günahlandırılan “Facebook” keçən ay 5 milyard dollar məbləğində cərimələnib.

www.yenicag.az

678