“1 milyon 400 min şagird və tələbə distant tədrisə qoşulub” – Təhsil naziri

“Pandemiya dövründə şagirdlər 4 milyondan artıq elektron dərsliklərə müraciət ediblər”.

Yenicag.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı keçirilən brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev deyib.

Nazir vurğulayıb ki, mövcud şərait müəllimlər və şagirdlər üçün o qədər asan olmadı:

“Hazırda təhsil alanlardan 1 milyon 400 mindən çoxunun özünəməxsus kabineti var. Təhsil verənlərin 128 mini artıq qeydiyyatdan keçib. Aktiv istifadəçilərin sayı 1 milyon 170 min nəfərdir.

Həftəlik dərslərin sayı 6 milyon 200 min olub. 37 ali təhsil müəssisəsində 125 min tələbə onlayn təhsilə qoşulub. Bu dövr ərzində şagirdlərin müstəqil öyrənmə bacarıqlarında müsbət dinamikanı müşahidə etmək olar”.

Gülşən Şərif