!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

1 namizədə “hə”, 2-nə isə “yox” cavabı verilib

!Reklam – Yazi

скачанные файлы (2)“Müsavat Partiyasından hələlik bir nəfərin namizədliyi DSK tərəfindən qeydə alınıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bildirdi: “Müsavat Partiyasından bildiyiniz kimi 60-dan çox namizəd dairə seçki komissiyalarına (DSK) sənədlərini təqdim etmişdi. Onlardan da 30-dan çoxu artıq imza toplama kampaniyasını başa vurub. Digərləri də imza toplama prosesini davam etdirir. Güman ki, gələn həftənin əvvəllərində bütün namizədlərimiz imzaları toplayıb lazımı dairələrə təqdim edəcəklər. 10 yaxın namizədimiz artıq imza vərəqələrini doldurub onu DSK-lara təqdim edib. Onlardan da hələlik bir nəfəri-71 saylı Masallı Seçki Dairəsindən Xasay Feyzullanın namizədliyi qeydə alınıb. İki nəfər, Arzu Səmədbəyli ilə Vəfa Cümşüdlünün namizədliyi isə qeydə alınmayıb”.

ELÇİN

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv