1 yaşlı uşağın üzərinə qaynar su dağıldı – Sumqayıtda

Sumqayıt şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1-ci mikrorayon, ev 26/8, mənzil 43-də yaşayan 2017-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədov Fərid Sərxan oğlunun üzərinə qaynar su dağılıb.

Azyaşlı bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Ona 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.