1 yaşlı uşaq kanalda batdı

0fab8cdb3baf0d49cb274cbfcf310e22Azərbaycanda 1 yaşlı uşaq kanalda batıb.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Səma Etibar qızı Hüseynova yaxınlıqdan keçən su kanalına düşərək boğulub. Uşağın meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.